Dünya bazarında neft ucuzlaşmaqda davam edir | Banco.az

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

İsveçrədə ABŞ-İran danışıqlarının birinci raundu başa çatdıqdan sonra neft qiymətləri düşür.

Vasitəçilər - Qətər və Pakistan tərəfindən yayımlanan bəyanatda tərəflərin əldə etdiyi irəliləyişlər, o cümlədən gələcək texniki danışıqlar üçün mexanizmin yaradılması bildirilib. Banco.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi X sosial media platformasında yazıb ki, məsləhətləşmələrdən sonra Tehran neft və neft-kimya ixracına tətbiq edilən sanksiyaların yüngülləşdirilməsini, dəniz blokadasının qaldırılmasını və bəzi dondurulmuş aktivlərin azad edilməsini təmin edib.

Londonun ICE Futures birjasında avqust ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,58 dollar (1,96%) azalaraq bir barel üçün 78,99 dollara düşmüşdü. Cümə günü isə Brent markalı neftin qiyməti 0,72 dollar (0,9%) artaraq bir barel üçün 80,57 dollara düşmüşdü.

Nyu-York Ticarət Birjasında (NYMEX) keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,59 dollar (0,78%) azalaraq bir barel üçün 75,26 dollara düşüb. NYMEX-də əsas ticarət əməliyyatları cümə günü ABŞ-da bayram səbəbindən bağlanıb.