Londonun ICE Futures birjasında aprel fyuçersləri Brent markalı neftin qiyməti 9 sent ucuzlaşaraq bir barel üçün 83,47 dollar təşkil edib. Bazar ertəsi Brent 9 sent bahalaşaraq barreli 83,56 dollara çatıb.
Banco.az xəbər verir ki, WTI markalı neftin aprel fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında 10 sent ucuzlaşaraq bir barelə görə 78,36 dollar təşkil edib. Bir gün əvvəl WTI ticarəti ABŞ-da bayram olduğu üçün keçirilməmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!