​Dünya bazarında Azərbaycan nefti 45 dollara düşüb | Banco.az

​Dünya bazarında Azərbaycan nefti 45 dollara düşüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,08 dollar və yaxud 2,33% ucuzlaşıb.

Banco.az "Report" -a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,28 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.