DSMF-nin bu il gəliri 2 milyard manatdan çox olub | Banco.az

DSMF-nin bu il gəliri 2 milyard manatdan çox olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 mln. manat çox olmaqla 2 mlrd. 132 mln. manat təşkil edib.

Bu barədə ƏƏSMN-dən məlumat verilib.

    Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 mln. manat artaraq 1 mlrd. 559 mln. manat olub.

    Bu ilin 3 ayında DSMF-nin xərcləri isə 2 mlrd. 53 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 189 mln. manat çoxdur.