Dövlət bankının rəhbəri dəyişdi | Banco.az

Dövlət bankının rəhbəri dəyişdi

Orxan Xubanlı "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edəcək. Müvafiq qərar bankın Müşahidə Şurasının iclasında verilib.

Qeyd edək ki, O.Xubanlı bundan öncə lisenziyası ləğv olunan "Bank Standard" QSC-nin İdarə Heyəti sədrinin müavini olub.

O.Xubanlıdan öncə bu vəzifəni müvəqqəti olaraq Xalid Əhədov icra edib.

Mənbə: Apa.az