Dolların alış qiyməti 1,70-ə çatdı | Banco.az

Dolların alış qiyməti 1,70-ə çatdı

Bü gün səhər dünən axşam saatları ilə müqayisədə bir sıra Azərbaycan banklarında ABŞ valyutasının məzənnəsinin dəyişiklik etdiyi müşahidə olunur. Hazırda dolların ən sərfəli alış qiyməti 1.7000 manata, satışı – 1.7050 manata bərabərdir.

Belə ki, “Günaybank” ABŞ valyutasının alış/satış qiymətlərini 0.20 qəpik bahalaşdırıb: alışı – 1.6960 manatdan 1.6980 manatadək, satışı 1.7060 manatdan 1.7080 manatadək.

“Azər-Türk Bank” dolların bir tək alışını bahalaşdırıb: 1.6800 manatdan 1.6850 manatadək.

“NBC  Bank” və “Nikoil Bank” dolların satış qiymətini cuzi bahalaşdırıb: “NBC  Bank” 1.7050 manatdan 1.7070 manatadək, “Nikoil Bank” 1.7100 manatdan 1.7150 manatadək.

“Bank silk Vey” və “Unibank” isəbu göstəricini əksinə ucuzlaşdırıb: “Bank silk Vey” dolların satışını 1.7070 manatdan 1.7060 manatadək, “Unibank” 1.7100 manatdn 1.7050 manatadək.