Çin ABB-nin robototexnika bölməsinin “SoftBank Group”a satışını bloklayıb | Banco.az

Çin ABB-nin robototexnika bölməsinin “SoftBank Group”a satışını bloklayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin ABB-nin robototexnika bölməsinin “SoftBank Group”a satışını bloklayıb.

Banco.az xəbər verir ki, “ABB” elektron poçt vasitəsilə yaydığı açıqlamada Çin dövlət qurumunun 5,4 milyard dollarlıq sövdələşməyə mane olduğunu bildirib. “OpenAI”ın ilkin kütləvi səhm təklifindən (IPO) sonra yaranacaq fürsətləri gözləyən “SoftBank”ın bu satınalma sayəsində gəlirlərini və mənfəətini artıracağı gözlənilirdi.

Tokio Fond Birjasında “SoftBank”ın səhmləri təxminən 7 faiz ucuzlaşıb. “ABB”nin səhmləri isə Sürix birjasında ticarətin erkən saatlarında 2,2 faizə qədər dəyər itirib. Halbuki səhmlər çərşənbə günü ticarət sessiyasının sonuna qədər təxminən 20 faiz bahalaşmışdı.

“Bloomberg Intelligence”ın analitiki Kirk Budri bildirib: “ABB Robotics” “SoftBank”ın fiziki süni intellekt sahəsindəki təşəbbüslər portfelində ən son texnoloji yeniliklərə malik deyil. Bununla belə, şirkətin sektordakı təcrübəsinin və istehsal sahəsindəki biliklərinin robototexnika konsepsiyalarını real biznes imkanlarına çevirməyə kömək edəcəyi gözlənilirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram