Devalvasiyadan qazanan Bank | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Devalvasiyadan qazanan Bank

Daha bir bank 1-ci rübü mənfəətlə başa vurdu

Azərbaycan Kredit Bankı cari ilin birinci rübünə olan maliyyə göstəricilərini açıqlayıb. Banco.az portalı bankın maliyyə hesabatlarına istinadən bildirir ki, Bank 2015-ci ilin birinci rübündə 4 603.16 min manat xalis mənfəət əldə edib.

Maraqlıdır ki, ilin əvvəlindən bəri Bankın faiz gəlirlərinin həcmi 1 261.49 min manat olduğu halda, qeyri faiz gəlirlərinin 2 433.79 min manat olub. Mövcud gəlirlər Bankın xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranıb ki, onun da miqdarı 2 383.19 min manat təşkil edib.

Bankın qeyri faiz xərcləri isə cəmi 225.12 min manat təşkil edib və onlardan 118.53 mini əməkhaqqı və kompensasiya ödənişlərinə yönəlib.

Beləliklə Bankın əməliyyat mənfəəti 3 394.51 min manat təşkil edib. 1 208.65 min manat isə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardan geri qaytarılıb və beləliklə bankın vergilər ödənilənədək xalis mənfəəti 4 603.16 min manat təşkil edib.

Bankın balans göstəriciləri ilə bağlı əsas rəqəmlər ilə aşağıda tanış ola bilərsiniz.