Dəmir yolu nəqliyyatı ilə sərnişin daşımaları 19%-dək artıb | Banco.az

Dəmir yolu nəqliyyatı ilə sərnişin daşımaları 19%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3 881,7 min sərnişin daşınıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,8% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında bu nəqliyyat növü ilə 3 268,8 min sərnişin daşınmışdı.

Qeyd edək ki, dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin ilk 5 ayında 7,1 milyon ton yük daşınıb. 2024-cü ilin yanvar-may ayı ilə müqayisədə yük daşınmasında 7,7 faiz azalma müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram