Müəllif: Tamara Mustafayeva, Banco.az
Danimarka hökumətinin məlumat bazasından 8,8 milyon şəxsin məlumatları oğurlanıb.
Banco.az xəbər verir ki, Danimarka hökuməti vətəndaşların məlumatlarının saxlanıldığı mərkəzi məlumat bazasına daxilolma olduğunu və bazadakı məlumatların böyük hissəsinin oğurlandığını təsdiqləyib. Məlumat sızması Danimarka vətəndaşları və ölkədə yaşayan təxminən 8,8 milyon nəfərə təsir edib.
Danimarka naziri Kristina Egelund açıqlamasında ölkənin Mərkəzi Şəxslər Reyestrinə edilən bu müdaxiləni ciddi hadisə kimi qiymətləndirib. Sözügedən pozuntu hakerlərə ad, ünvan, Danimarkanın sosial təminat nömrəsi və digər məlumatları ələ keçirməyə imkan verib.
Mərkəzi Şəxslər Reyestri Danimarka vətəndaşları haqqında məlumatların yer aldığı hökumət məlumat bazasıdır. Burada vergi ödənişləri və digər xidmətlərə çıxış üçün istifadə olunan dövlət tərəfindən təsdiqlənmiş şəxsiyyət nömrələri də saxlanılır. Danimarkanın hazırkı əhalisi təxminən 6 milyon nəfər olsa da, məlumat bazasında bəzilərinin onilliklər əvvələ aid olduğu ümumilikdə 11 milyon nəfərin qeydiyyat məlumatları yer alır.
Bizi sosial şəbəkələrdən izləyin!!
