Müəllif:Ayşən İmanova/Banco.az
Tayvanın aparıcı çip istehsalçısı “Tayvan Semiconductor Manufacturing Company” (TSMC) 2024-cü ilin son rübündə gəlirini 39% artırıb.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, son bir ildə çiplərin bazar dəyəri təxminən iki dəfə artıb.
Tayvan valyutası ilə 854,7 məbləğində göstərici proqnozlaşdıran analitiklərin gözləntilərinin əksinə olaraq, 2024-cü ilin oktyabrından dekabr ayına qədər şirkətin gəliri pul ifadəsində 868,5 milyard Tayvan dolları təşkil edib.
Şirkətin xalis gəliri 2023-cü ilin noyabrından 34% artaraq 2024-cü ilin müvafiq dövründə 276,06 milyard Tayvan dolları təşkil edib.