Çinin iqtisadi həcmi 19,5 trilyon dolları keçəcək | Banco.az

Çinin iqtisadi həcmi 19,5 trilyon dolları keçəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Çjen Şancye bildirib ki, bu il Çinin iqtisadi ölçüsü 19,5 trilyon dolları keçəcək.

Banco.az xəbər verir ki, Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Çjen Şancye (Zheng Shanjie) ölkənin 2025-ci ilin sonunda başa çatacaq hazırkı beşillik siyasət planına dair keçirdiyi mətbuat konfransında bu il iqtisadiyyatın həcminin 140 trilyon yuanı (19,5 trilyon dollar) keçəcəyinin gözlənildiyini bildirib.

Çjen qeyd edib ki, xarici texnologiya məhdudiyyətləri yalnız Çinin özünə inamını və innovasiya qabiliyyətini gücləndirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram