Çində xidmət sektorunda aktivlik 7 ayın pik həddinə çatıb | Banco.az

Çində xidmət sektorunda aktivlik 7 ayın pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin xidmət sektorunda aktivlik 7 ayın pik həddinə çatıb.

Banco.az xəbər verir ki, “S&P Global” tərəfindən tərtib edilmiş “Caixin” sorğusuna əsasən, Çinin xidmət sektoru yeddi ayın ən sürətli artımını qeydə alıb.

Xidmətlər üzrə satınalma menecerləri indeksi dekabr ayında 51,5 punktdan 52,2 punkta yüksəlib. Bazarlarda indeksin 51,7-yə çatacağı gözlənilirdi.

“Caixin” biznes fəaliyyətindəki artımın daha çox yeni iş axını ilə dəstəkləndiyini bildirib, lakin xaricdəki müştərilərdən alınan sifarişlərin 2023-cü ilin avqustundan bəri ilk dəfə azaldığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram