Çin və ABŞ razılığa gəliblər | Banco.az

Çin və ABŞ razılığa gəliblər

Çin Baş nazirinin müavini He Lifeng və ABŞ-ın maliyyə naziri Skott Bessent İsveçrədəki danışıqlardan sonra ticarət və iqtisadi məsləhətləşmələr mexanizminin yaradılması barədə razılığa gəliblər.

Banco.az xəbər verir ki, bu barədə Sinxur xəəbər agentliyi məlumat yayıb.

He Lifenqın sözlərinə görə, İsveçrədəki danışıqlardan sonra iki tərəf mühüm konsensusa nail olub və əhəmiyyətli irəliləyiş əldə edib və birgə bəyanatla çıxış edəcək.

Agentlik xəbər verir ki, Çin və ABŞ tezliklə müvafiq detallar barədə razılığa gələcək və danışıqlardan sonra mayın 12-də birgə bəyanat dərc edəcək. He Lifeng-in sözlərinə görə, mayın 10-11-də keçirilən danışıqlar səmimi, dərin və konstruktiv olub və hər iki tərəf mühüm konsensusa nail olub və əsaslı irəliləyiş əldə edib.