Çin sənaye üçün bərpa olunan enerji hədəfləri müəyyən edib | Banco.az

Çin sənaye üçün bərpa olunan enerji hədəfləri müəyyən edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin günəş və külək enerjisi gücünü artırdıqdan sonra, daha çox sənaye sahəsinin yaşıl enerji istifadəsini genişləndirmək üçün konkret hədəflər müəyyən edib.

Banco.az xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) verdiyi məlumata görə, polad, sement və polisilikon sektorlarında fəaliyyət göstərən istehsalçılar 2025 və 2026-cı illərdə enerji tələbatlarının 25%-dən 70%-ə qədərini yaşıl enerji ilə ödəmək məcburiyyətində olacaqlar.

Çinin bərpa olunan enerji sektoru, bu ilin ilk yarısında qurğuların sürətlə artması ilə diqqət çəkib. Bu artım, mümkün siyasət dəyişikliklərinin mənfəətə təsir edə biləcəyi narahatlıqları ilə əlaqələndirilir. Həddindən artıq istehsal gücü problemi yaşayan günəş enerjisi sənayesində isə, hökumət dəstəkləri nəticəsində motivasiya yenidən artıb.

Yeni hədəflərdən biri də, ölkə üzrə məlumat mərkəzlərinin enerji ehtiyaclarının ən az 80%-ni yaşıl enerjidən qarşılamaq məcburiyyətində olmalarıdır. Hidroenerji istisna olmaqla, şəhərlər 2025-ci il üçün bərpa olunan enerji istehlakı nisbətlərini 10,7%-dən 30%-ə qədər, 2026-cı il üçün isə 12,4%-dən 30%-ə qədər planlaşdırmalıdır. Bu göstəricilər şəhərlərin coğrafi mövqeyinə əsasən dəyişəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram