Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin öz vətəndaşlarına ABŞ-a səyahət xəbərdarlığı edir.
Banco.az xəbər verir ki, Çin Mədəniyyət və Turizm Nazirliyinin verdiyi açıqlamada, "Çin və ABŞ arasında iqtisadi və ticarət əlaqələrinin pisləşməsi və ölkədəki təhlükəsizlik vəziyyəti səbəbindən şinli turistlər ABŞ-a səyahətin risklərini qiymətləndirməli və səyahət zamanı ehtiyatlı olmalıdırlar," ifadəsinə yer verilib.
Çin Təhsil Nazirliyi də ABŞ-ın Ohayo ştatında Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsində Çin vətəndaşı olan tələbələrə yönəlmiş mənfi müddəalara diqqət çəkərək belə deyib: "Xaricdə təhsil alan tələbələrə ABŞ-da sözügedən ştatda təhsil almağı seçərkən təhlükəsizlik riskini qiymətləndirmələrini xatırladırıq."
Ohayo Nümayəndələr Palatasında müzakirə olunaraq qəbul edilən qanun layihəsi ştat büdcəsindən maliyyələşən universitetlərə Çinlə əlaqəli fəaliyyətlərə işarə edərək "xarici təsiri məhdudlaşdırmağa yönəlmiş tədbirlər" görməyi məcburi edir.
Bizi sosial şəbəkələrdən izləyin!!