Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Xalq Bankı (mərkəzi bank) etalon kredit faiz dərəcəsini dəyişməz olaraq saxlayıb.
Banco.az xəbər verir ki, Çin Mərkəzi Bankı bazar proqnozlarına uyğun olaraq etalon kredit faiz dərəcələrini (LPR) dəyişməyib.
Belə ki, mərkəzi bank bir və beş illik etalon kredit faiz dərəcələrini (LPR) müvafiq olaraq 3,45 faiz və 3,95 faiz səviyyəsində saxlayıb.
Bir illik LPR əksər ev təsərrüfatları və korporativ kreditlər üçün sabit dərəcə kimi qəbul edilir, beş illik LPR isə əksər əmlak ipotekaları üçün istinad sayılır.
Xatırladaq ki, fevral ayında ölkənin mənzil bazarını dəstəkləmək üçün beş illik LPR 25 baza bəndi aşağı salınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!