BVF Ukraynaya 900 milyon dollar ödəməyə razılıq verib | Banco.az

BVF Ukraynaya 900 milyon dollar ödəməyə razılıq verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“TikTok” “Tokopedia” şirkətinə 1,5 milyard dollar investisiya yatıracaq.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna üçün 15,6 milyard dollarlıq kredit proqramının ikinci baxışını başa çatdırıb və 900 milyon dolların ödənilməsini təsdiqləyib.

BVF-dən verilən bəyanatda İcraçı Direktorlar Şurasının Ukrayna ilə bağlı 4-cü maddə üzrə məsləhətləşməni və 4 illik maliyyə paketi çərçivəsində ikinci baxışı tamamladığı bildirilib.

Bəyanatda qeyd olunub ki, ikinci baxışın başa çatması təxminən 900 milyon dollar ödəməyə imkan verəcək.

Xatırladaq ki, Martın 31-də BVF-nin İcraçı Direktorlar Şurası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya ümumilikdə 122 milyard dollarlıq dəstək paketinin bir hissəsi kimi 48 aylıq 15,6 milyard dollarlıq maliyyə paketini təsdiqləmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram