Bu il istehlakçılara 55 mln. manatdan çox ƏDV geri qaytarılıb | Banco.az

Bu il istehlakçılara 55 mln. manatdan çox ƏDV geri qaytarılıb

2025-ci ilin yanvar-aprel ayları ərzində “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara 55 milyon 968 min manatdan çox ƏDV geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

    Bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin fiziki şəxs olan istehlakçılara “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-aprel aylarında 10 milyon 742 min manatdan çox təşkil edib.