Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-sentyabr aylarında 652 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 44 milyon 380 min dollar və ya 2.8 dəfə artıb.
Belə ki, 652 ədəd avtobusa görə ölkədən 68 milyon 977 min ABŞ dolları valyuta çıxıb.
Qeyd edək ki, bu il ölkəyə gətirilən avtobuslar say etibarı ilə 2024-cü ilin eyni dövrünə nisbətdə 441 ədəd artıb. 2024-cü ilin yanvar-sentyabr aylarında 211 ədəd avtobus idxal edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
