Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin birinci rübündə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,4 milyon dollardan çox vəsait xərcləyiblər. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.
Banco.az bu barədə BP-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə birinci rüb ərzində təxminən 0,2 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 13 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 3 konfrans və seminara dəstək, yəni ümumilikdə 22 layihə daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!