Müəllif: Tamara Mustafayeva, Banco.az
Bolqarıstan rəsmi olaraq Avrozonaya qoşulub.
Banco.az xəbər verir ki, Bolqarıstan 1 yanvar 2026-cı il tarixindən etibarən rəsmi olaraq Avrozonaya qoşulub.
İlk dəfə 1881-ci ildə çap edilərək dövriyyəyə buraxılan Bolqar levası öz yerini avroya verib.
Bolqarıstan Mərkəzi Bankının (BNB) sədri Dimitar Radev Avrozonaya qoşulma ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, avro sadəcə bir valyuta deyil, eyni zamanda bir mənsubiyyət rəmzidir.
Bolqar levasının ölkənin tarixi və ictimai yaddaşının ayrılmaz hissəsi olaraq qalacağını vurğulayan Radev belə deyib:
“Bu gün ‘Xoş gəldin, Bolqarıstan’ sözləri Frankfurtda, Brüsseldə, Lüksemburqda və Avropanın bir çox digər yerlərində eşidilir və görünür. Oradakı dostlarımıza cavabımız qısa və aydındır: Təşəkkürlər, dostlar. Biz artıq öz evimizdəyik.”
Bizi sosial şəbəkələrdən izləyin!!
