Bolkartla nə "GƏLİR"? - yeni kampaniya həyəcan doğurdu | Banco.az

Bolkartla nə "GƏLİR"? - yeni kampaniya həyəcan doğurdu

Yay gəldi və şirkətlər müştəriləri üçün yeni kampaniyalara və sürprizlərə başladı.
Onlardan biri də Bank of Baku-dur.

Bankın Bolkart məhsulunun facebook səhifəsində artıq bir neçə gün idi ki, "Gəliir" başlığı altında paylaşımlar edilirdi.



Hətta Bank öz izləyicilərinə "Sizcə nə gəlir?" deyə sual ünvanlayaraq, diqqətləri öz üzərinə çəkə bildi. Dünən müştərilərini intizarda saxlamadan "Gələnin nə olduğunu" göstərən Bank həm Bolkart debet, həm də əmək haqqı kartlarına DEPOZİT funksiyası əlavə etdiyini və müştərilərinə illik 5% Gəlir qazandıracağını elan etdi.



Sonda verdiyi "hələ ardı var" mesajı ilə, bunun hələ son olmadığını göstərən Bank of Baku, deyəsən bu yayı çox maraqlı edəcək.