Müəllif: Gülnar Əhmədli, Banco.az
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024 və 2025-ci il üçün Azərbaycanda iqtisadi artım və orta illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb.
Banco.az qurumun “Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri 2024″ (World Economic Situation and Prospects 2024) adlı hesabatına istinadən xəbər verir ki, bu il Azərbaycanda iqtisadi artımın 2,6% səviyyəsində olacağı proqnozlaşdırılıb.
Hesabatda qeyd edilib ki, ÜDM artımı 2025-ci ildə isə 2,8% təşkil edəcək.
Proqnozlara görə, Azərbaycanda bu il orta illik inflyasiya 5,9%, gələn il isə 3,9% səviyyəsində olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!