Tamara Mustafayeva, Banco.az
Bitkoin qiymətləri 13 min 800 dolları keçərək 2018-ci ilin yanvar ayından bəri ən yüksək səviyyəyə çatıb.
Bazar dəyəri ən yüksək kriptovalyuta olan Bitkoin bu səhər Bakı vaxtı ilə 06:45-də 13.857,94 dollara yüksələrək yanvar 2018 tarixindən bəri ən yüksək səviyyəyə çatmağa nail olub.
Bu yüksəlişlə birlikdə populyar kriptovalyutanın bu aylıq qazancı təqribən 30% olub. Mart ayından bəri isə qiymət demək olar ki, üç qat artıb.
Xatırladaq ki, üç il əvvəl 20 min dollarla zirvəyə çatan Bitkoin 2018-ci ilin dekabr ayında sürətli geriləmə ilə 3.136 dollara düşmüşdü. Ancaq bir çox analitiklər hazırki yüksəlişin üç il əvvəlki "şişirdilmiş" yüksəlişdən davamlı olacağını düşünürlər.
Bizi sosial şəbəkələrdən izləyin!!