Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2025-ci ilin yanvar-mart aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 117 milyon 427 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5 milyon 91 min dollar və ya 4,2% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.07%-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin birinci rübündə Azərbaycan 122 milyon 518 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!