Birinci rübdə Azərbaycanın ixracı və idxalı artıb | Banco.az

Birinci rübdə Azərbaycanın ixracı və idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci rübündə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 12 milyard 48 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyard 353 milyon dollar və ya 24,3% çoxdur.   

Son 1 ildə Azərbaycanın ixracı 6,7% artaraq 6 milyard 385 milyon ABŞ dollarına, idxalı isə 52,6% artaraq 5 milyard 662 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 772.9 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,1 dəfə az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram