Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin oktyabr ayının 1-nə bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 231 857 nəfər olub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, unikal müddətli əmanətçi sayı illik müqayisədə 28% (50 700 əmanətçi) artıb.
Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə isə 19.4% (37 723 əmanətçi) çoxdur.
Qeyd edək ki, unikal müddətli əmanətçi – bankda müddətli əmanət yerləşdirən və bütün hesabları nəzərə alınaraq yalnız bir müştəri kimi qəbul edilən fiziki şəxsdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
