Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-mart aylarında 112 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 4.2 dəfə artıb.
Belə ki, 112 ədəd avtobusa görə ölkədən 9 milyon 504 min ABŞ dolları valyuta çıxıb.
Qeyd edək ki, birinci rübdə ölkəyə gətirilən avtobuslar say etibarı ilə 2024-cü ilin eyni dövrünə nisbətdə 77 ədəd artıb. 2024-cü ilin yanvar-mart aylarında 35 ədəd avtobus idxal edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!