Ötən il Azərbaycanda qeyri neft-qaz sektorunda dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmaların xüsusi çəkisinin real hesablamalara nisbəti 85,9% təşkil edib.
Bu Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a rəyində qeyd edilib.
Bildirilib ki, bu göstərici dövlət mülkiyyətində olan müəssisələr üzrə 87,6%, xüsusi mülkiyyətdə olan müəssisələr üzrə 83,1% olub. Dövlət mülkiyyətində olan iri təşkilatlarda həmin göstərici “Azərenerji” ASC üzrə 49,1%, “Azərbaycan Hava Yolları” QSC üzrə 1,2%, “Azərişıq” ASC üzrə 0,7%, “Aztelekom” MMC üzrə 22,6% təşkil edib.