Beynəlxalq Bankın mənfəəti 2 dəfəyədək artıb | Banco.az

Beynəlxalq Bankın mənfəəti 2 dəfəyədək artıb

Beynəlxalq Bankın xalis mənfəətini II rübdə 300 345 min manata çatdırmışdır. Bu göstərici I rübə nəzərən mənfəətin 169 995 min manat artmasını göstərir.

Banco.az xəbər verir ki, faiz gəlirləri və xərcləri eyni zamanda 2 dəfəyədək artaraq uyğun olaraq 219 740 min manat və 48 306 min manat olmuşdur.

Mənfəətin və xalis faiz gəlirlərinin artmasına baxmayaraq qeyri-faiz xərcləri bu qəbildən olan gəlirləri 7 391 min manat üstələmişdir. Digər gəlirlərin daha çox artdığından qeyri-faiz xərclərinin gəlirlərindən çox olması mənfəətə təsiri hiss etdirmir.

Əvvəlki rüblə müqayisədə cəmi öhdəlikləri 7 162 517 min manatdan 7 017 793 min manata azalsa da, fiziki şəxslərin tələbli depozitləri 110 019 min manat artmışdır.

Öhdəliklərinin strukturuna nəzər saldıqda isə banklara və digər maliyyə institularına olan öhdəlikləri I rübdə 2 061 679 min manat olsa da, bank bu məbləği 6 dəfə azaldaraq 345 080 min manata endirə bilmişdir.

Aktivlərinin əsas hissəsini tutan müştəri kreditləri isə 2 016 858 min manat olmuşdur. Bu isə əvvəlki rübə nəzərən 79 089 min manat daha çox müştərilərə kredit verilməsi deməkdir.

Kapitalın həcmi isə 171 186 min manat artaraq 1 469 933 manat olmuşdur.