Belçika Rusiya aktivlərinin istifadəsi üçün zəmanət axtarır | Banco.az

Belçika Rusiya aktivlərinin istifadəsi üçün zəmanət axtarır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Belçika Baş naziri Bart De Vever Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən Avropa Siyasi İcmasının (EPC) 7-ci sammiti çərçivəsində mətbuata açıqlamalar verib.

Banco.az xəbər verir ki, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya veriləcək bir kredit üçün təminat kimi istifadə olunması təklifi ilə bağlı De Vever bildirib:
“Bu məsələdə ən yüksək səviyyədə hüquqi aydınlıq və həmrəylik istəyirəm. Digər ölkələrdəki vəziyyətin də şəffaf olmasını tələb edirəm.”

De Vever Rus aktivlərini “toyuq”, gəlirlərini isə “yumurta” kimi təsvir edib və əlavə edib:
“Toyuğu masaya qoyub yesəniz, qızıl yumurtanı itirərsiniz.”

Ukraynaya verilən dəstək və müharibənin yalnız Avropa tərəfindən qarşılanması halında böyük maliyyəyə ehtiyac olacağını xatırladan De Vever bildirib:
“Pulsuz pul yoxdur. Bunun həmişə nəticələri olur.”

De Vever vurğulayıb ki, keçirilən Aİ sammitində Rusiyanın pulları Ukrayna üçün istifadə olunacağı halda baş verəcək hər hansı bir problemdə məsuliyyətin hər kəsdə olacağı barədə digər liderlərdən təminat istəyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram