Bankların xarici öhdəlikləri 469 mln. manat artıb | Banco.az

Bankların xarici öhdəlikləri 469 mln. manat artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin dekabrın 1-i tarixinə 3 milyard 54.5 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 469 mln. manat artıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Qeyd edək ki, sektorun xarici öhdəlikləri illik müqayisədə isə 380.5 milyon manat və ya 14,2% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram