Araşdırma: Gülnar Əhmədli, Banco.az
Kart seçimi edərkən ən çox önəm verilən üstünlüklərdən biri də keşbek faizləridir. Bu səbəblə banklar müştərilərinə tez-tez kampaniyalar edir, cashback kateqoriyalarında hər ay fərqliliklər edir və daha çox kəşbək qazanmaları üçün şərait yaradırlar.
Ötən ay olduğu kimi bu dəfə də hansı bankın keşbek faizləri daha sərfəlidir, hansının daha çox qazandırdığı barədə düşünürsünüzsə, asanlıqla seçim edə bilməniz üçün bankların keşbək kateqoriyalarını araşdırdıq. Bu araşdırmamız isə taksit kartları üzrədir. İnfoqrafikdə gündəlik ən çox istifadə edilən kateqoriyalar qeyd edilib. Banklarda fərqli kateqoriyalarda daha yüksək cashback faizləri də mövcuddur. Bu məlumatı isə bankların rəsmi saytından və ya mobil tətbiqi üzərindən əldə edə bilərsiniz.
- YDM-lərdə ən çox keşbek verən banklar hansılardır?
- Marketlərdə ən yüksək keşbek hansı kartdadır? – Araşdırma
- Restoranlarda ən yüksək keşbək verən bank kartları
- Apteklərdə ən çox keşbek verən banklar
- Bu kartlar geyim mağazalarında daha çox keşbek qazandırır – Faizlər
Bu faizlər mart ayı üçün keçərlidir. Hazırda banklar ən çox cashback-i market və yanacaq doldurma məntəqələri (YDM) üçün təqdim edirlər.
Onu da qeyd edək ki, ABB-də xüsusi keşbek paketləri müştəri seqmentindən asılı olaraq təyin oluna bilər (məsələn Səhmdar paketi). Kapital Bank-da isə təklif olunan cashback kateqoriyaları və faiz dərəcələri hər müştərinin alış-veriş vərdişlərinə əsasən xüsusi olaraq təyin olunur. Bu səbəblə Kapital Bank-ın cədvəldə qeyd etdiyimiz faizləri ilə sizin üçün təklif edilən faizlər fərqli ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!