Banklarımızın xaricə nə qədər borcu var? | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Banklarımızın xaricə nə qədər borcu var?

Cari ilin birinci yarısına (01.07.2015) olan məlumatlara əsasən, kommersiya banklarımızın xarici öhdəliklərinin cəmi 6 milyard 629,1 milyon manat təşkil edir. Bu haqda Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.

Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 165 milyon manat, 48,4% daha çoxdur. 2015-ci ilin 5-ci ayı ilə müqayisədə isə 353 milyon manat, 5% daha azdır.

 Qeyd edək ki, cari ilin fevral ayında yaşanan manat devalvasiyasından sonar, bankların xarici öhdəlikləri maksimum həddə 7 milyard 468,2 milyon manata yüksəlmişdi.