Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2025-ci ilin yanvar-oktyabr aylarında müştərilərə verilmiş kreditlərdən 3 milyard 234.6 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 715.7 milyon manat və ya 28,4% çoxdur.
Banklar 2024-cü ilin eyni aylarında 2 milyard 518.9 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
İlk 10 ayda (yanvar-oktyabr ayları) bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 863.6 milyon manat (26,6%) artaraq 4 milyard 105.6 milyon manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
