Bank of Baku və “KPMG” audit şirkəti əməkdaşlığa başlayıb | Banco.az

Bank of Baku və “KPMG” audit şirkəti əməkdaşlığa başlayıb

Ölkənin seçilən banklarından olan Bank of Baku beynəlxalq audit şirkəti “KPMG” ilə əməkdaşlığa başlayıb.

Belə ki, Bank of Baku kənar audit yoxlamasını dünyanın məşhur auditor şirkətlərindən olan və “Böyük Dördlük”dən biri hesab edilən “KPMG” şirkətinə həvalə edib.

Şirkət bankın maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunu, mühasibat sisteminin qanunverciliyə uyğun şəkildə təşkil olunmasını və s. təhlil edəcək. Eyni zamanda, informasiya texnologiyalarının təhlükəsizliyi və uyğunluğu baxımından İT auditi üzrə də qiymətləndirmələr aparılması nəzərdə tutulub. Daxili audit və nəzarət mexanizmlərinin gücləndirilməsi də əməkdaşlıq çərçivəsində əsas istiqamətlərdən biri olacaq.

Audit xidmətlərinin “KPMG” tərəfindən həyata keçirilməsi, maliyyə sisteminin qanunvericiliyə uyğun və effektiv təşkili, eləcə də daxili nəzarət və hesabatlılığın daha da gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bu əməkdaşlıq Bank of Baku-nun strateji inkişaf planının bir hissəsi olaraq müasir bankçılıq standartlarına uyğun, eləcə də daha yüksək keyfiyyətli xidmət baxımından mühüm addımdır.

Məlumat üçün bildirək ki, Bank of Baku 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

-www.bankofbaku.com 

www.facebook.com/bankofbaku