Bank of Baku-nun kredit və depozit faizləri | Banco.az

Bank of Baku-nun kredit və depozit faizləri

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bankların kredit və depozit faizləri əhalinin maliyyə qərarlarına və bank sektorundakı aktivliyə birbaşa təsir edən əsas göstəricilərdən biridir. Xüsusilə kredit faizləri borclanmanın əlçatanlığını, depozit faizləri isə əhalinin vəsaitlərini banklarda saxlamaq marağını müəyyənləşdirir. 

Bu səbəblə bankların kredit və depozit faizlərini araşdırırıq. Bu dəfə Bank of Baku-da kredit və depozit məhsulları üzrə faiz dərəcələrini təqdim edirik.

Bank Dinamik və Digital depozit olmaqla müştərilərinə 2 müddətli depozit məhsulu təklif edir. Faizlər aşağıdakı kimidir:

Dinamik əmanət üzrə:

12 ay: Aylıq 9.5%, müddətin sonunda: 9.75% (usd: aylıq 3.5%, müddətin sonunda 3.75%)

18 ay: Aylıq 9.75%, müddətin sonunda: 10% (usd: aylıq 3.5%, müddətin sonunda 3.75%)

24 ay: Aylıq 9.75%, müddətin sonunda: 10% (usd: aylıq 3.5%, müddətin sonunda 3.75%)

36 ay: Aylıq 9.75%, müddətin sonunda: 10% (usd: aylıq 3.5%, müddətin sonunda 3.75%)

Dinamik əmanətin minimum məbləği 100 AZN-dir. Maksimum məbləğə isə məhdudiyyət yoxdur. Əmanətin müddəti 1 aydan 36 aya qədərdir. 

Digital əmanət üzrə:

12 ay: Aylıq 9.75%, müddətin sonunda: 10.25% (usd: aylıq 3.5%, müddətin sonunda 3.75%)

18 ay: Aylıq 10%, müddətin sonunda: 10.25% (usd: aylıq 3.5%, müddətin sonunda 3.75%)

24 ay: Aylıq 10%, müddətin sonunda: 10.25% (usd: aylıq 3.5%, müddətin sonunda 3.75%)

36 ay: Aylıq 10%, müddətin sonunda: 11.5% (usd: aylıq 3.5%, müddətin sonunda 3.75%)

Digital əmanətin məbləği minimum 100, maksimum 100 000 AZN-dir. Əmanətin müddəti 1 aydan 36 aya qədərdir. 

Nağd kredit 

Bank nağd pul kreditini isə 9.9%-dən başlayan faizlərlə təklif edir. Məbləğ 80 000 AZN-dək, müddət 3-59 ay, komissiya isə 0%-dəndir. 

Bankın son iş yerindən staj tələbi minimum 6 aydır. Əmək haqqı (Təqaüd) tələbi yoxdur.  Yaş həddi min. 20 – kredit öhdəliyinin sonuncu ödəniş tarixinə maks. 75 olmalıdır. 

Tələb olunan sənədlər şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya rəsmi gəlirləri təsdiq edən digər sənədlərdir (maaş kartı hesabından çıxarış, elektron arayış). Bank müştərinin iş yerindən əmək haqqı məbləğindən, borclanma limitindən asılı olaraq 80 000 AZN-dək zaminsiz kredit əldə etmək imkanı yaradıb.

Həmçinin, xoşagəlməz hadisələr (ölüm və ya əlillik) zamanı yaranacaq risklərə qarşı könüllü həyat sığortası təklif edilir. Bank of Baku-nun təklif etdiyi sığorta şirkətlərindən birini seçib, kreditiniz üzrə könüllü həyat sığortası əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram