Müəllif: Gülnar Əhmədli, Banco.az
Bank of Baku-nun kredit portfeli 30 iyun 2026-cı il tarixinə 1 milyard 60 milyon 788 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 150 milyon 91 min manat və ya 16,5% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 819 milyon 799 min manat, biznes kreditləri portfeli 172 milyon 749 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 68 milyon 240 min manat təşkil edib.
Bunlar 2025-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 119 milyon 868 min manat və ya 17,1%, 23 milyon 994 min manat və ya 16,1% çox, 6 milyon 229 min manat və ya 10% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
