Bank “BTB” ASC Məlumat təhlükəsizliyi şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Məlumat təhlükəsizliyi şöbəsinin Baş Mütəxəssisi
İş barədə məlumat:
- Bankın informasiya texnologiyalarının təhlükəsizliyini təşkil edir, bu sahədə beynəlxalq və dövlət standartlarına uyğun olan siyasətləri və konsepsiyaları hazırlayıb, tətbiq edir.
- Bankın informasiya sistemlərinin və korporativ şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəçilərin həmin sistemlərə və şəbəkəyə buraxılış dərəcəsini müəyyən edir, müvafiq profaylları və şablonları yaradır.
- Bankda mövcud olan informasiya sistemlərinin və korporativ şəbəkənin əsas komponentlərinin fiziki və informasiya təhlükəsizliyi tədbirlərini hazırlayıb tətbiq edir.
- Bankda mövcud olan bütün informasiya sistemlərinin və korporativ şəbəkənin işə davamlığını, fiziki və informasiya təhlükəsizliyinin səviyyəsini mütəmadi olaraq təhlil edir, aşkar olunan problemlərin aradan qaldırılmasını təmin edir.
- Bank sirri xarakterini daşıyan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sistemlərinin imkanlarından istifadə edərək, Bankda aparılan məlumat mübadiləsinə nəzarəti təmin edir.
- Bank sirri xarakterini daşıyan məlumatların konfidensial saxlanılması məqsədi ilə mövcud profaylların və parolların qorunması, eləcə də kənar şəxslərin onlardan istifadə etməsinin qarşısının alınması istiqamətində təhlükəsizlik tədbirlərini həyata keçirir.
- Əsas və ehtiyat SWİFT-modullarının və onlara bağlı şifrlənmə sistemlərinin davamlı işini təmin edir.
- Təcili pul köçürmə sistemləri, SWİFT, mövcud olan və perspektivli milli və beynəlxalq informasiya sistemləri üçün müvafiq elektron açarlarının, parolların, sertifikatların və s. təhlükəsizliyini və yenilənməsini təmin edir.
- Bankda tətbiq olunan yeni proqram və aparat təminatının təhlükəsizlik standartlarına uyğun işləməsinə nəzarəti həyata keçirir.
- Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinə riayət olunmasına nəzarəti həyata keçirir.
- Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinin pozulmaması üçün maarifləndirici və qabaqlayıcı tədbirlər görür, müntəzəm təlimlər keçirir, onların məlumat təhlükəsizliyi üzrə məsuliyyətlərini izah edir.
Namizədə tələblər:
- Təhsili: Ali;
- Bildiyi dillər: Azərbaycan, Rus və İngilis dili;
- Məxfi məlumatları qoruya bilmə qabiliyyəti;
- Analitik qabiliyyət;
- Kompüter proqramları və texnologiyalar:
- MS Windows9x/200/XP/Server 2003/2008/12 Active Directory, DHCP, DNS, Terminal Server, Exchange Server 2000/2003, ISA Server2006/TMG ,SUS, WSUS, IIS, FTP, IAS, Proxy. WAN, LAN, VLAN, NAT, Firewall, VOIP, ISDN, ACL, AAA, IPSEC, VPN, X25, IP, Frame Relay, ISO 27001, 27003.
- İş təcrübəsi ən azı 5 il;
- Sertifikatlar;
- Dəqiqlik;
- Operativlik;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 Dekabr, 2015-ci il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məlumat təhlükəsizliyi şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.