50 və 64 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Banco.az AYNA-ya istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunun İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyət səbəbindən 50 və 64 nömrəli müntəzəm marşrutların hərəkəti Lütfi Zadə, Səməd bəy Mehmandarov, Abbas Fətullayev küçələri ilə təşkil edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
