Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) sentyabrın 8-də keçirilən hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7829 AZN-ə bərabər olub.
Birjanın informasiya-təhlil şöbəsindən bildiriblər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmayıb.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN olub.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 918.415,3 AZN məbləğində əqd qeydə alınıb.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə 1.171.000 ABŞ dolları və ya, manat ekvivalenti ilə 918.415,3 AZN məbləğində əqd qeydə alınıb.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmayıb.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmayıb.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilib, lakin bu alətlər üzrə əqdlər qeydə alınmayıb.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,25 faiz, ABŞ dolları üzrə isə illik 11,50 faiz təşkil edib.
Sentyabrın 8-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmayıb.