Bain Capital İtaliyanın İT şirkəti Namirial-də əsas payı alacaq | Banco.az

Bain Capital İtaliyanın İT şirkəti Namirial-də əsas payı alacaq

Müəllif - Fərid İslamov - Banco.az

 İnvestisiya şirkəti Bain Capital, İtaliya proqram təminatı inkişaf etdiricisi Namirial SpA-da əsas payı Ambienta investisiya şirkətindən almaq üçün razılığa gəlib.

Alqı-satqının məbləği açıqlanmır, lakin Bloomberg məlumatlı mənbələrə istinadən bildirir ki, bu əməliyyat çərçivəsində bütün şirkət 1,1 milyard avro məbləğində qiymətləndirilib.

Şirkətin mətbuat məlumatına görə, əməliyyatın başa çatması 2025-ci ilin ikinci rübündə gözlənilir. Bundan sonra şirkətin təsisçisi Enriko Giacomelli və yüksək səviyyəli menecment şirkətdə əhəmiyyətli paylara sahib olmağa davam edəcəklər.

Namirial müxtəlif sahələr üçün proqram təminatı hazırlayır və onun müştəriləri arasında banklar, sığorta şirkətləri, avtomobil istehsalçıları və kommunal müəssisələr yer alır. Şirkətin əməkdaşlarının sayı 1 min nəfərdən çoxdur və o, Avropa, Latın Amerikası və Asiyanın 30 ölkəsində nümayəndəliklərə malikdir. Ambienta Namirial-i 2020-ci ildə əldə etmişdi.