Bağlanan bankın kreditorlarına müraciət: Sabahdan ödənişlər başlayır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bağlanan bankın kreditorlarına müraciət: Sabahdan ödənişlər başlayır

Sabahdan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunmayan əmanətlərinin qaytarılmasına başlanacaq. 

Bununla bağlı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Bankın kreditorlarına müraciət edib.

Müraciətdə bildirilir ki, mayın 11-dən etibarən təminatsız kreditorların tələbləri üzrə proporsional qaydada ödəniş həyata keçiriləcək.  

Bu, növbəlilik sırasında 7-ci olan 50 min manat ekvivalentindəki ödənişlərə aiddir.  

Kompensasiyalar fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən ofisindəki müştəri xidməti şöbələrində ödəniləcək.

Mənbə: Oxu.az