Son iki ildə Azərbaycanda genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb.
Bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin baş direktorunun vəzifələrinin müvəqqəti icraçısı Həsən Ömərov deyib.
O qeyd edib ki, 2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66 Mbit/s-ni keçib:
“Son 4 il ərzində ölkədə sabit genişzolaqlı yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib”.
apa