Azərbaycanlılar ötən il Türkiyədə 944 mənzil alıblar | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanlılar ötən il Türkiyədə 944 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2025-ci ilin dekabr ayında Türkiyədə 113 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 5-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə dekabr ayında xaricilərə mənzil satışları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1% artaraq 2 541 ədədə yüksəlib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 504 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (232 mənzil), üçüncü isə Ukrayna (193 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram