Azərbaycanın Ukraynaya qeyri-neft ixracı 82 mln. dollardan çox artıb | Banco.az

Azərbaycanın Ukraynaya qeyri-neft ixracı 82 mln. dollardan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Ukraynaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 82 milyon 218 min dollar və ya 92,2% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Ukraynaya qeyri-neft ixracının dəyəri 171 milyon 413 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 89 milyon 195 min dollar olub. 

Qeyd edək ki, ilk 10 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 2 milyard 987 milyon 815 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram