Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkədən 20 milyard 648 milyon 829 min kubmetr təbii qaz ixrac edilib.
Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 7 milyard 417 milyon 792 min ABŞ dolları olub.
Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 3,2% azalıb, dəyər baxımından isə 8,3% artıb.
Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,28% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
