Azərbaycanın qonşularında ən sürətli internet hansı ölkədədir? | Banco.az

Azərbaycanın qonşularında ən sürətli internet hansı ölkədədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin aprel ayında mobil internetin sürətinə görə 103 ölkə arasında Azərbaycan 94.64 Mbps sürətlə 48-ci yerdə qərarlaşıb. Ötən ay ölkəmizdə genişzolaqlı internetin orta sürəti isə 91.57 Mbps (82-ci) olub. 

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən Azərbaycanın qonşu ölkələrində internetin sürətini təqdim edir. 

Ötən ay mobil internetin sürəti Gürcüstanda 165.10 Mbps (18-ci), Türkiyədə 163.14 Mbps (19-cu), İranda 57.41 Mbps (77-ci), Ermənistanda 74.37 Mbps (59-cu) olub. Rusiyada isə siyahıda yer almayıb.

Genişzolaqlı internetin sürətinə gəldikdə isə bu siyahıda 1-ci Rusiya (91.56 Mbps), 2-ci Ermənistan (86.50 Mbps), 3-cü Türkiyə (81.82 Mbps), 4-cü Gürcüstan (45.36 Mbps), 5-ci isə İran (26.06 Mbps) qərarlaşıb.

152 ölkə arasındakı reytinqdə isə Rusiya 83-cü, Ermənistan 91-cı, Türkiyə 96-cı, Gürcüstan 119-cu, İran 137-ci olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram