Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2024-cü ildə 14 milyard 437 milyon 355 min ABŞ dolları dəyərində 23 milyon 596 min ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2023-ci illə müqayisədə 11,1%, neftin həcmi isə 9,4% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 54,37% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!